Almaniya 35 F-35 alacaq

15-03-2022, 11:54           
Almaniya 35 F-35 alacaq
Almaniya ABŞ-dan 35 ədəd Lockheed F-35 qırıcısı alacaq.

Teref.Az Trend-ə istinadən bildirir ki, bunu Almaniya kansleri Olaf Şolts bildirib.

Bu Almaniya hökumət başçısı tərəfindən orduya 100 milyard avro dəyərində çaliyyələşmə vədindən sonra ilk böyük müdafiə müqaviləsidir. Vurğulanır ki, yeni F-35-lər köhnəlmiş "Tornado" təyyarələrini əvəz edəcək.

Qeyd edək ki, "Tornado" 1970-ci illərin əvvəllərində Almaniyanın Messerschmitt-Belkov-Blom şirkətinin mütəxəssisləri, Britaniyanın British Aerospace şirkəti ilə birlikdə və İtaliyanın Alenia Aeronautica-nın iştirakı ilə hazırlanmış reaktiv döyüş təyyarəsidir.

Bu model iki əsas modifikasiyada mövcuddur: IDS Tornado qırıcı-bombardmançı və ADV Tornado. Uzun müddət Avropa NATO ölkələrinin əsas döyüş təyyarələrindən biri olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru