Kiyev Ukrayna ərazisində olan Rusiyaya məxsus 15 min vaqonu müsadirə edir - FOTO

15-03-2022, 19:23           
Kiyev Ukrayna ərazisində olan Rusiyaya məxsus 15 min vaqonu müsadirə edir - FOTO
Kiyev Ukrayna ərazisində olan Rusiyaya məxsus 15 min vaqonun müsadirəsinə başlayıb. Bu, Ukrayna prezidenti Volodimir Zelenski tərəfindən “Rusiyanın mülkiyyət hüquqları obyektlərinin məcburi müsadirə edilməsinin əsas prinsipləri haqqında” qanunun imzalanmasından sonra mümkün olub.

Bu barədə “Ukrzaliznitsı”nın rəhbəri Aleksandr Kamışin xəbər verib.

“Biz qanun çərçivəsində fəaliyyət göstəririk. Birinci mərhələdə təsisçilər arasında Rusiya Federasiyasına məxsus olan vaqon sahiblərinin siyahısını tərtib edirik. Sonra Nazirlər Kabineti, Milli Təhlükəsizlik və Müdafiə Şurası, prezidentin fərmanı və Ukraynanın başqa bir qanunu olacaq. Prosedur vaxt aparacaq, ona görə də biz artıq başlayırıq”, - mesajda deyilir.

Bildirilir ki, Rusiya Federasiyasının pay sahibi olan vaqonları müəyyən etmək az vaxt aparmayacaq.

“Amma buna baxmayaraq dəqiq Rusiya Federasiyasına məxsus olduğu bilinən şirkətlər var. Xüsusilə, bunlar VEB-Lizinq, VTB-Lizinq, Qazpromtrans, QTLL, Sberbank Lizinqdir. Bu, artıq 3000 vaqondan çox edir", - deyə məlumatda əlavə edilib.

Rusiyada isə Ukraynaya məxsus cəmi 482 vaqon var.

Mənbə: RBK













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru