Aİ rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib

16-03-2022, 07:59           
Aİ rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib
Sanksiya siyahısına bir sıra şəxslər daxil edilib

Avropa İttifaqı (Aİ) rusiyalı iş adamlarına qarşı yeni sanksiyalar paketi təqdim edib

AYNA bu barədə "RİA Novosti"yə istinadən xəbər verir.

Yeni siyahıda biznesmen Roman Abramoviç, "Pervıy kanal"ın direktoru Konstantin Ernst, “Rosoboroneksport”un rəhbəri Aleksandr Mixeyev, teleaparıcı Artem Şeynin, Rusiya Sənayeçilər və Sahibkarlar İttifaqının rəhbəri Aleksandr Şoxin var.

Aİ, həmçinin qiyməti 50 min avrodan yuxarı olan lüks avtomobillərin və 5 min avrodan yuxarı motosikletlərin idxalına qadağa qoyub. Həmçinin Rusiyaya hər birinin dəyəri 300 avrodan çox olan ətir, spirt, məişət texnikası, geyim və digər malların idxalı qadağandır.

Rusiya ilə dəmir və polad ticarətinə də məhdudiyyətlər qoyulub, nüvə enerjisi istisna olmaqla, ölkənin enerji sektoruna investisiyalar qadağan edilib.

Bundan əvvəl ABŞ Maliyyə Nazirliyi Rusiya və Belarusa qarşı yeni sanksiyalar tətbiq edib. Xüsusilə, məhdudiyyətlər Rusiya Daxili İşlər Nazirliyinin Çeçenistan Respublikasının Kurçaloyevski rayonu üzrə departamentini əhatə edib. Maqnitski aktı əsasında dörd rusiyalı siyahıya daxil edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru