Vaşinqton hökuməti nədən cinayətkarlara pul ödəyir?
11-04-2016, 09:56
“İslah olunmuş” quldur, narkoman və başqa cinayətkarlar özünü yaxşı aparanda, Vaşinqton hökuməti, hər saata görə, onlara 8 dollar ödəyir.
ABŞ paytaxtında son 7 ildə ən yüksək cinayətkarlıq səviyyəsi qeydə alınıb. Şəhər hökuməti durumu düzəltmək üçün unikal yerli proqramdan yararlanır. Bu proqrama psixoloci dəstək, keçmiş soyğunçu, narkoman və başqa xırda cinayətkarlara peşəkar təlim keçmək daxildir. Bu insanlar psixoloqlarla işləyir, oxuyur və daha cinayət törətmirlərsə, onlara pul ödənir.
Proqrama qatılan Erika Brisk cinayət həyatına supermarketlərdən oğurluq etməklə başlayıb. Sonradan maşın oğurluğuna keçib, insanları və evləri qarət etməklə məşğul olub. Həmin Erika bu gün gənclərin geyim dizayneridir. Proqram tələblərini yaxşı yerinə yetirərkən, şəhər hökuməti onun hər saatına 8 dollar ödəyir.