ABŞ-dan Putinə növbəti zərbə:Bu dəfə də oliqarx dostları hədəfdə

11-04-2016, 10:00           

Panama sənədləri ilə Putini küncə sıxışdırmaq istəyən Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ) Rusiya prezidentinə son zərbəni də oliqarx dostları üzərindən vurub. Putinə yaxınlığı ilə bilinən Abramoviçin ABŞ-dakı sərmayələri müsadirə edilib, Gennadi Timçenko, Arkadi və Boris Rotenberqin mülkiyyəti isə dondurulub.

Strateq.az xəbər ki, bu iddianı Türkiyənin “Təqvim” qəzeti irəli sürüb. İddiaya görə, Rotşild ailəsi ilə razılaşan MKİ, Panama sənədlərini əsas götürərək, əməliyyatlara start verib. Əməliyyatın hədəfində isə rus milyarderlərdir.

Qeyd edək ki, bir müddət əvvəl Panama sənədlərinin ifşa olunmasıyla Rusiya lideri Putinin yaxın dostlarının 2 milyard dollarlıq vergidən yayınma faktı ortaya çıxmış və bu, dünya gündəminin əsas mövzusuna çevrilmişdi. Hadisəni şərh edən Putin "MKİ mənə qarşı əməliyyat həyata keçirir" demişdi. ABŞ-ın rusiyalı oliqarxların mülkiyyəti ilə bağlı qəbul etdiyi son qərarlar Putinin haqsız olmadığından xəbər verir.

Müşahidəçilər sözügedən qərarları Rusiyaya qarşı ikinci dalğa olaraq qiymətləndirirlər. Dalğa çərçivəsində ABŞ-da sərmayəsi olan digər 11 rus oliqarx üçün də istintaqların aparılacağı güman olunur.

Mülkiyyətləri əllərindən çıxan rus oliqarxları səssiz dayanmaq fikrində deyillər. Məlumatlara görə, Gennadi Timçenko, Arkadi və Boris Rotenberqin vəkilləri artıq hərəkətə keçiblər. Ancaq vəkillər gözlədikləri cavabı ala bilməyiblər.

Abramoviç üçün isə ilk şok Nyu-Yorkda yaşamaq xəyalının məhv olmasıyla başlayıb. Rus milyarder ötən ay 78 milyon dollar ödəyərək bu şəhərdə bir-birinə bitişik 3 bina satın alıbmış. 1887-1889-ci illərdə inşa edilən binaları nəhəng bir malikanəyə çevrmək üçün amerikalı memarlarla dil tapan milyarderin arzusunu ölkənin Binalar İdarəsi gözündə qoyub. Mülkiyyəti müsadirə olunan Abramoviç Nyu-York bələdiyyəsinə rüşvət vermək istəməkdə ittiham olunur.

Roman Abramoviç bu malikanəni həyat yoldaşı Daşa Zukovaya alıbmış. Məqsəd ailənin iki övladına daha yaxşı təhsil vermək niyyəti imiş: Daşa Zukova uşaqları Aaron Aleksandr və Lea Abramoviçin oxuması üçün Nyu- Yorkda yaşamaq istəyirmiş. Milyarder isə bu arzuya etiraz etməyibmiş.

Amma necə deyərlər, sən saydığını say, gör, Vaşinqton nə sayır?












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.