Ermənilərin yeni uydurmaları: Azərbaycan əsgəri başkəsən kimi qələmə verilir, video
11-04-2016, 14:27
Ermənilər beynəlxalq ictimayyətdə Azərbaycana qarşı düzgün olmayan fikir formalaşdırmaq üçün cəhdlərini davam etdirirlər.
Modern.az saytı xəbər verir ki, aprelin ilk günlərdə cəbhəyanı ərazilərdə yaşayan mülki insanlara qarşı təhlükənin aradan qaldırılması və işğal altında olan torpaqlarımızın azad edilməsi istiqamətində Azərbaycan ordusunun keçirdiyi uğurlu əməliyyatdan sonra düşmən tərəfi yalan təbliğat maşınını yenə işə salıb. Bu dəfə ermənilər Suriya və İraqda çəkilmiş fotolardan istifadə edərək Azərbaycan əsgərlərini başkəsən kimi təqdim etmək istəyir.
Bununla bağlı artıq Beynəlxalq təşkilatlara və Beynəlxalq Qırmızı Xaç Komitəsinə müraciətlər edirlər. İrəvanda səfərdə olan ATƏT-in Minsk Qrupunun həmsədrlərinə də eyni müraciət ünvanlayıblar. Halbuki bunun yalan olduğunu müəyyənləşdirmək elə çətin deyil. Başı kəsilən erməni əsgər olduğu bildirilən fotodakı əsgərin yay geyimində olması da bunu sübut edir.
Bəzən isə ermənilər bu görüntünü yalnız sözlə formalaşdırmaqdan uzağa gedə bilmir. Bu videodan da görünür ki, heç bir fakt olmadan erməni aparıcı ancaq öz fantaziyasına uyğun hadisələr uydurur.
Düşmən tərəfi unudur ki, ermənilərin mülki əhaliyə qarşı törətdiyi Xocalı soyqırımı ilə bağlı həqiqətləri artıq bütün dünya bilir. Hazırda da nəinki işğal olunan torpaqlarımızda, hətta Ermənistanda bir nəfər də olsun azərbaycanlı yaşamadığı halda, Azərbaycanda 30 mindən artıq erməni bu gün də heç bir ayrı-seçkiliyə məruz qalmadan yaşayır.
Azərbaycan ordusu isə dəfələrlə vurğulandığı kimi mülki əhaliyə qarşı müharibə aparmır. Ordumuz yalnız öz torpaqlarımızı müdafiə edir.
[media=video]