Almaniyada enerji qiymətlərinin kəskin artması nəticəsində inflyasiya 7,3 faizə çatıb

8-04-2022, 11:24           
Almaniyada enerji qiymətlərinin kəskin artması nəticəsində inflyasiya 7,3 faizə çatıb
Almaniyada enerji qiymətlərinin kəskin artması səbəbindən əhali maliyyə çətinliyi ilə üz-üzə qalıb.

AZƏRTAC “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, son məlumatlar hər yeddi almandan birinin gündəlik xərclərini qarşılamaqda çətinlik çəkdiyini göstərir.

Qeyd edək ki, Almaniyada yüksək enerji qiymətlərinin artması nəticəsində mart ayında inflyasiya 7,3 faiz təşkil edib. Bu da son 40 ildə ən yüksək göstərici hesab olunur.

Ötən illə müqayisədə bu il enerji xərcləri müəssisələr üçün 70 faiz, bir sıra zəruri resurslar üzrə isə təxminən 20 faiz artıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru