Rusiya 70 ədəd təyyarənin istehsalına başlayır

8-04-2022, 11:14           
Rusiya 70 ədəd təyyarənin istehsalına başlayır
Rusiyada 2030-cu ilə qədər 70 ədəd "Tu-214" təyyarəsi istehsal ediləcək.

"Unikal" xəbər verir ki, bu barədə Birləşmiş Təyyarə Korporasiyasının (UAC) məlumatında təyyarələrin Rusiyanın "PS-90" mühərrikləri ilə istehsal olunacağı deyilir.

Bildirilib ki, sözügedən təyyarələr artıq Kazanda kiçik seriyalarda istehsal olunur. "PS-90" ailəsinin yerli mühərrikləri sertifikatlaşdırılıb, yaxşı reputasiyaya malikdir və kütləvi istehsal olunur. Təyyarə artan etibarlılığı ilə xarakterizə olunur, 210 sərnişini qəbul edə bilir, uçuş məsafəsi 6,5 min kilometrə qədərdir ki, bu da ölkə daxilində daşınma üçün idealdır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru