Makron: "Müharibə yaxın vaxtlarda bitməyəcək"

8-04-2022, 11:45           
Makron: "Müharibə yaxın vaxtlarda bitməyəcək"
Fransa Prezidenti Emmanuel Makron Ukraynadakı münaqişənin yaxın həftələrdə bitməyəcəyi qənaətindədir.

“Report” xəbər verir ki, o bu barədə RTL radiostansiyasının efirində deyib.

“Təəssüf ki, müharibə yaxın vaxtlarda bitməyəcək. Qarşıdakı günlərdə Donbasda çox çətin durumun şahidi olacağıq. Buna görə də biz Türkiyə, Yunanıstan və BMT ilə birlikdə humanitar yardımın təşkili üçün hər şeyi edirik”, - o bildirib.

Prezident, həmçinin “Li Parisien” qəzetinə müsahibəsində söyləyib ki, Fransa Ukraynanın təhlükəsizliyi üçün təminatçı ölkə olmağa hazırdır.

O, danışıqların iştirakçısı statusunu saxlamaq üçün rusiyalı həmkarı Vladimir Putinlə təmasları davam etdirəcəyini vurğulayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru