“İtkilər barədə Rusiya MN-in məlumatına əsaslanmışam, bu ki, əhəmiyyətli rəqəmdir” - Peskov

8-04-2022, 16:30           
“İtkilər barədə Rusiya MN-in məlumatına əsaslanmışam, bu ki, əhəmiyyətli rəqəmdir” - Peskov
Ukraynada keçirilən xüsusi əməliyyat zamanı çoxsaylı itkilər barədə danışarkən Rusiya Müdafiə Nazirliyinin yaydığı son məlumatlara əsaslanmışam.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov açıqlama verib.

“Əlbəttə ki, Rusiya Müdafiə Nazirliyinin rəqəmlərinə əsaslanmışam. Bizdə yalnız Müdafiə Nazirliyinin açıqladığı rəqəmlər var. Bu ki, əhəmiyyətli rəqəmdir”, - Kremlin sözçüsü vurğulayıb.

Müdafiə Nazirliyi martın 25-də Ukraynada keçirilən xüsusi əməliyyat zamanı Rusiya ordusunun itkiləri barədə məlumat yayıb. Həmin məlumatda Rusiyanın 1351 hərbçisinin həlak olduğu, 3800-dən çox yaralısının olduğu bildirilib.

Aprelin 7-də isə Peskov Britaniyanın “Sky News“ telekanalının efirində Ukraynada xüsusi əməliyyat zamanı rus hərbçilərinin əhəmiyyətli itkilərini böyük faciə adlandırıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru