ABŞ 1468 hərbi təyyarəni istismardan çıxaracaq

17-04-2022, 11:06           
ABŞ 1468 hərbi təyyarəni istismardan çıxaracaq
ABŞ Hərbi Hava Qüvvələri 2027-ci ilədək 1468 təyyarəni ixtisar etmək niyyətindədir.

Bunu Senatın Silahlı Qüvvələr Komitəsində büdcə dinləmələri zamanı senator Deb Fişer deyib.

Onun sözlərinə görə, növbəti 5 il ərzində müasir müharibə üçün köhnəlmiş təyyarələrin istismardan çıxarılması prosesi həyata keçiriləcək. Həmçinin, istismardan çıxarılan təyyarələrin əvəzinə 467 yeni təyyarə alınacaq.

Bununla da, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin sayı 1001 vahid azalacaq.

Qeyd edək ki, hazırda Hərbi Hava Qüvvələri və ABŞ Milli Qvardiyasının ixtiyarında 5501 təyyarə var.

Mənbə: ferra.ru












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru