“Putin öz kiçik dünyasında yaşayır” - Kansler

17-04-2022, 11:28           
“Putin öz kiçik dünyasında yaşayır” - Kansler
“Rusiya Prezidenti Vladimir Putin öz kiçik dünyasında yaşayır”.

KONKRET.az xəbər verir ki, bu sözləri Putinlə şəxsən görüşən Avstriya kansleri Karl Nehammer ABŞ-ın NBC telekanalına müsahibəsində deyib.

Onun sözlərinə görə, Rusiya prezidenti ilə söhbət çətin keçib.

“Özünün kiçik dünyasında olduğu üçün düşünürəm ki, Putin hazırda Ukraynada nə baş verdiyini bilir. O, müharibədə qalib gələcəyinə inanır”, – Avstriya rəsmisi bildirib.

Xatırladaq ki, Karl Nehammer və Vladimir Putin Moskvada Kremlin mülkiyyətində olan bağ evində görüşüblər. Söhbət köməkçilər, tərcüməçilər və media nümayəndələri olmadan saat yarım davam edib. Söhbətin əsas mövzusu Ukraynada fevralın 24-dən başlayan müharibə olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru