"ABŞ-dan Ukraynaya hər gün silah göndərilir" - Səfir

17-04-2022, 13:24           
"ABŞ-dan Ukraynaya hər gün silah göndərilir" - Səfir
“ABŞ-ın Ukraynaya hərbi yardımı davam edəcək”. “Report” xəbər verir ki, bunu Ukraynanın ABŞ-dakı səfiri Oksana Markarova “Ukrinform”a müsahibəsində deyib.

“Mən əminəm ki, Rusiyanın təhdidlərinə və ağır silahların tədarükünün dayandırılmasına dair tələblərinə baxmayaraq, Vaşinqtonun mövqeyi dəyişməyəcək. ABŞ-dan Ukraynaya hər gün silah göndərilir. Biz gözləyirik ki, yaxın gələcəkdə yeni sanksiyalar paketinin hazırlanmasının da şahidi olacağıq”, - o bildirib.

Qeyd edək ki, aprelin 16-da Ağ ev 800 milyon dollarlıq paketin bir hissəsi kimi ABŞ-dan Ukraynaya yeni hərbi yardımın ilk partiyasının çatdırıldığını açıqlayıb.

Rusiya Ukraynaya silah göndərən bütün ölkələrə bunun gözlənilməz nəticələrə səbəb olacağı ilə bağlı xəbərdarlıq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru