İspaniya şəhəri Ukrayna adlandı

17-04-2022, 15:12           
İspaniya şəhəri Ukrayna adlandı
Küçələrə Kiyev, Odessa, Mariupol və Xerson adı verildi
İspaniyanın cənubunda dinclik içində olan ağ divarlı balaca şəhər Ukraynadan 4 min km. uzaqlıqdadır. Kənd sakinləri Rusiya işğalına sinə gərən Ukrayna ilə həmrəylik əlaməti olaraq yaşadıqları ərazinin adını dəyişiblər. Belə ki, Siviliya əyalətində yerləşən Fuentes de Andalucia şəhəri indi Ukrayna adlanır. Şəhərin küçələrinə isə Kiyev, Odessa, Mariupol və Xerson adı verilib. Şəhərin girişinə də Ukraynanın bayrağı asılıb...
Bu barədə “Reuters” agentliyi məlumat yayıb. Bu faktın özü dünyada, xüsusən Qərbdə Ukraynaya olan sonsuz rəğbətin nümunəsi kimi diqqət çəkir. Bütün mütərəqqi xalqlar rus işğalına qarşı dirəniş göstərən Ukrayna xalqının yanındadır, ona həm maddi, həm də mənəvi dəstək verir.
Şəhər sakinləri 25 ukraynalıya sığınacaq verməyə də hazırdır...
Elbəyi Həsənli
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru