“Rusiya Donbasdan sonra Kiyevə hücum edəcək" - Volodimir Zelenski

17-04-2022, 20:55           
“Rusiya Donbasdan sonra Kiyevə hücum edəcək" - Volodimir Zelenski
“Ukrayna Rusiya ilə müharibəyə son qoymaq üçün ölkənin şərqindəki ərazilərdən imtina etmək niyyətində deyil”.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski CNN-ə müsahibəsində deyib.

“Donbasdakı döyüşlər bütün müharibənin taleyinə təsir göstərə bilər. Rusiyanın Donbasdan sonra Kiyevə hücum etməyəcəyinə dair heç bir zəmanət yoxdur. Mən Rusiya hərbçilərinə və Rusiya rəhbərliyinə inanmıram. Onların Donbası ələ keçirməsi, bundan sonra dayanacaqları demək deyil. Əksinə, bu halda Kiyevə daha çox yaxınlaşacaqlar”, - o bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru