ZELENSKİ MAKRONU UKRAYNAYA DƏVƏT ETDİ – “Xalqımıza qarşı soyqırımı gözləri ilə görsün…”

17-04-2022, 21:28           
ZELENSKİ MAKRONU UKRAYNAYA DƏVƏT ETDİ –
Ukrayna prezidenti Vladimir Zelenski Fransa prezidenti Emmanuel Makronu Ukraynaya dəvət edib. Bu dəvətin məqsədi odur ki, Makron Ukrayna xalqına qarşı soyqırım həyata keçirildiyini gözləri ilə görsün.

Qafqaz.media xəbər verir ki, bu barədə Zelenski CNN telekanalına müsahibəsində bildirib.

Ukrayna prezidentinin sözlərinə görə, o, Makronun Ukraynaya səfərini istəyir.

"Düşünürəm ki, o, hansısa addımlar atmaq istəyir ki, Rusiya dialoqa girsin. Sadəcə ona dedim ki, başa düşsün: bu, müharibə yox, soyqırımdan başqa bir şey deyil. Mən onu dəvət etdim ki, mümkünsə gəlsin”, - Zelenski bildirib.

Xatırladaq ki, Makron Rusiya ordusunun ukraynalılara qarşı cinayətləri ilə bağlı “soyqırım” ifadəsinin səslənməsini qəbul etməmişdi.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru