Ukrayna G7 ölkələrindən büdcə kəsirini ödəmək üçün 50 milyard dollar istəyir

18-04-2022, 08:16           
Ukrayna G7 ölkələrindən büdcə kəsirini ödəmək üçün 50 milyard dollar istəyir
Ukrayna G7 ("Böyük Yeddilik") ölkələrindən 50 milyard dollar məbləğində maliyyə dəstəyi istəyib. "Report" UNİAN-a istinadən xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin iqtisadi məsələlər üzrə müşaviri Oleq Ustenko bildirib.

Onun sözlərinə görə, dövlət sıfır faizlə kuponlu istiqrazların buraxılması imkanlarını da nəzərdən keçirir. Bu, növbəti 6 ay ərzində müharibə səbəbindən yaranmış büdcə kəsirinin ödənilməsinə kömək edəcək.

Ustenko qeyd edib ki, hazırda bu variantlar fəal şəkildə müzakirə olunur.

UNİAN-ın daha əvvəl xəbər verdiyi kimi, Baş nazir Denis Şmıqal deyib ki, hazırda büdcə hərbi istiqrazların buraxılması, tərəfdaşların və beynəlxalq maliyyə təşkilatlarının dəstəyi sayəsində doldurulur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru