Vuçiç Qərbi Kosovo ilə bağlı ikiüzlülükdə ittiham edir
18-04-2022, 08:27
Serbiya prezidenti Aleksandar Vuçiç "TV Pink" telekanalında Qərbi Kosovo respublikasına silah tədarükü ilə bağlı ikiüzlülükdə qınayıb,
SİA bu barədə “RİA Novosti”yə istinad edir.
Vuçiç qeyd edib ki, Qərb ölkələri Belqradı Çindən FK-3 hava hücumundan müdafiə sistemləri aldığına görə qınayır, Böyük Britaniya isə Kosovoya “Javelin” tank əleyhinə raket kompleksləri və “NLAW” tank əleyhinə idarə olunan raketlər verir.
Vuçiç xatırladıb ki, 1999-cu ildə Kumanovoda imzalanmış texniki saziş özünü elan etmiş respublikada yalnız NATO KFOR-un himayəsində olan kontingenti nəzərdə tutur. Serbiya prezidenti dediyinə görə, Koso təkcə ingilislər tərəfindən deyil, amerikalılar tərəfindən də təhlükəli raketlərlə silahlanır. Bundan əlavə Türkiyə Kosova üçün gələcək pilotlar yetişdirir.