Almaniyadan mindən çox həkim Ukraynaya getmək istəyir

18-04-2022, 11:18           
Almaniyadan mindən çox həkim Ukraynaya getmək istəyir
Almaniyadan olan 1100-dən çox həkim xəstə və yaralılara kömək etmək üçün Ukraynaya və qonşu ölkələrə getmək üçün Federal Tibb Assosiasiyasının onlayn portalında qeydiyyatdan keçib. AzVision.az xəbər verir ki, bu barədə assosiasiyanın prezidenti Klaus Reynhardt bildirib. "Rəqəmlər həkimlərin Ukrayna xalqı ilə həmrəyliyinin nə qədər böyük olduğunu göstərir. Axı orada işləmək həyat üçün təhlükə yarada bilər", - o deyib.

Eyni zamanda, Reynhardt əlavə edib ki, Almaniya Federal Tibb Assosiasiyası hazırda Xarici İşlər Nazirliyi, Səhiyyə Nazirliyi və Ukrayna və qonşu dövlətlərin səfirlikləri ilə həkimlərin ən yaxşı şəkildə necə yerləşdirilməsi ilə bağlı danışıqlar aparır.

Bununla bağlı o, Ukrayna ərazisində işləyən həkimlərin təhlükəsizliyinə zəmanət verilməli olduğunu vurğulayıb. Assosiasiya rəhbərinin sözlərinə görə, qonşu ölkələrdən müraciətlər hələ də daxil olmayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru