Rusiya elitasının öndə gedənlərindən olan Aleksandr Xloponin İsrailə qaçdı...
18-04-2022, 20:11
Vladimir Putinin ətrafında dövlət sirri daşıyıcılarından biri olan Aleksandr Xloponin öz şəxsi təyyarəsi ilə İsrailə qaçdı. A. Xloponin 2001-2002- ci illərdə Taymır Muxtar Vilayətinin, 2002- 2010- cu illərdə Krasnoyarsk diyarının qubernatoru olub. 2010- 2018- ci illərdə Rusiya Baş nazirinin müavini olub. 2018- ci ildə Putin onu oliqarx statusu ilə özəl sektora göndərib və Xloponin Rusiyanın ən varlı şəxslərinin siyahısına keçib. Eyni zamanda, Rusiya hökuməti yanında Maliyyə Universitetinin rektoru təyin edilib. Bu il aprelin 17- də, gecə saatlarında isə aradan çıxaraq İsrailə qaçıb. Yeri gəlmişkən, Aleksandr Xloponin bir müddət əvvəl İsrail vətəndaşlığı da əldə edə bilibmiş. Azadlıq qəzeti