"Ukraynaya 600 milyard dollardan çox ziyan dəyib"

6-05-2022, 15:35           
"Ukraynaya 600 milyard dollardan çox ziyan dəyib"
"Ukraynanın bərpası üçün əsas mənbə Rusiya pulu olmalıdır".

"Unikal" xəbər verir ki, bunu Ukraynaya dəstək üzrə Varşavada keçirilən beynəlxalq konfransının yekunları üzrə Baş nazir Denis Şmıxal deyib:

"Bu ziyan qismən tərəfdaşlarımız tərəfindən, qismən də bizim büdcəmiz hesabına maliyyələşdiriləcək, biz bunu hazırda ehtiyat fonddan vəsait ayırmaqla edirik. Lakin Rusiya oliqarxlarının ümumi dondurulmuş hesablarına baxdıqda görərik ki, bank hesablarında 500 milyard dollara yaxın pul var. Biz tələb edirik ki, həmin məbləğ Ukraynanın bərpası üçün ayrılsın”, - deyə o bildirib.

Şmıxalın sözlərinə görə, dövlət rəhbərliyi Rusiyanın dondurulan maliyə hesablarını Ukraynaya verilməsi ilə bağlı danışıqlar aparır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru