MİXAİL SAAKAŞVİLİ BRÜSSELƏ DƏVƏT OLUNDU – Eks-prezident: “Bu o deməkdir ki, onlar nə Ukraynanı, nə Gürcüstanı, nə də məni unutmurlar”

7-05-2022, 00:09           
MİXAİL SAAKAŞVİLİ BRÜSSELƏ DƏVƏT OLUNDU –
Avropa Xalq Partiyasının (AXP) prezidenti Donald Tusk Gürcüstanın üçüncü prezidenti Mixail Saakaşvilini partiyanın Brüsseldə keçiriləcək qurultayına dəvət edib və ondan orada çıxış etməyi xahiş edib. Qafqaz.media xəbər verir ki, qurultay mayın sonunda keçiriləcək.

Vahid Milli Hərəkat Partiyasının üzvü Eka Xerkheulidze Mixail Saakaşvilinin Donald Tuska cavab məktubunu səsləndirib. Məktubda deyilir ki, həbsdə olan siyasətçinin belə bir mötəbər toplantıya dəvəti ilə bağlı başqa heç bir presedent xatırlanmır.

"Bu gün mən Donald Tuskdan Avropanın ən böyük partiyası - Avropa İttifaqının strukturlarında, bütün səviyyələrdə çox böyük təsiri olan Xalq Partiyası adından məktub aldım. Məni partiyanın qurultayına dəvət edirlər. May ayında gəlib danışmağı təklif edirlər. Bu o deməkdir ki, onlar nə Ukraynanı, nə Gürcüstanı, nə də məni unutmurlar. Mənim üçün böyük şərəfdir. Belə böyük mənəvi dəstəyə görə təşəkkür etmək istəyirəm”, - Saakaşvili bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru