ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır: Həyat üçün potensial təhlükə yaradır

7-05-2022, 09:45           
ABŞ istehsal etdiyi peyvənddən istifadəni məhdudlaşdırır:
Amerikalı mütəxəssislər ölkənin “Johnson & Johnson” (J&J) şirkətinin yeni koronavirusa qarşı peyvəndinin istifadəsini məhdudlaşdırıblar.

Onlar preparatın istifadəsinin qanın laxtalanma riskini artıra biləcəyini müəyyən ediblər.

Peyvəndin fövqəladə hallar zamanı istifadəsi ilə bağlı bundan əvvəl verilmiş təsdiqinin mətni dəyişdirilib. Yeni təlimatlara əsasən, 18 yaşdan yuxarı amerikalılar ABŞ tərəfindən təsdiqlənmiş digər oxşar peyvəndlərə çıxışı olmayanda və ya tibbi səbəblərdən istifadə edə bilməyəndə bu peyvənddən istifadə etməlidirlər.

Mütəxəssislər müəyyən ediblər ki, J&J-nin dərmanını istifadə etdikdən sonra bir və ya iki həftə ərzində müəyyən şərtlər altında qan laxtalanması riski arta bilər ki, bu da “həyat üçün potensial təhlükə yaradır”. Belə halların çox nadir olduğu da bildirilib.

Mənbə: TASS












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru