Baydendən Putinə 9 may "hədiyyə"si olacaq - AĞ EV SÖZÇÜSÜ AÇIQLADI

7-05-2022, 10:31           
Baydendən Putinə 9 may "hədiyyə"si olacaq -
ABŞ prezidenti Co Bayden Ukrayna üçün "lend-liz" proqramını tətbiq etməyə icazə verən qanunu mayın 9-da təsdiq edəcək.

Bu barədə Ağ Evin sözçüsü Cen Psaki bildirib.

"Prezident həmin gün (mayın 9-da - red.) "Lend-liz və Ukraynada demokratiyanın qorunması haqqında" qanunu imzalayacaq", - C. Psaki bildirib.

Xatırladaq ki, "Lend-Liz" və Ukraynada Demokratiyanın Müdafiəsi qanun layihəsi keçən ay ABŞ Konqresinin hər iki palatası tərəfindən qəbul edilib. Prosedura görə, ABŞ prezidentinin sənədi aldıqdan sonra öz imzası ilə təsdiqləmək üçün 60 gün vaxtı var./trend












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru