MOLDOVA PREZİDENTİ SAAKAŞVİLİ İLƏ BAĞLI ÇAĞIRIŞ ETDİ – “Sağlamlıq hüququ layiqli həyat anlayışımızın əsas hissəsidir...”
7-05-2022, 11:00
Moldova prezidenti Maya Sandu Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvilinin səhhətinin kəskin şəkildə pisləşməsi ilə bağlı xəbərdən narahatlığını bildirib.
Qafqaz.media xəbər verir ki, prezident “Twitter”-də Tiflisin hakimiyyət orqanlarına müraciət dərc edib.
“Mixail Saakaşvilinin səhhətinin pisləşməsi ilə bağlı narahatedici xəbərlər gəlir. Biz gürcü tərəfdaşlarımızı keçmiş prezidenti lazımi müalicə ilə təmin etməyə və onun sağalmasına kömək etməyə çağırırıq. Sağlamlıq hüququ insan hüquqlarının və layiqli həyat anlayışımızın əsas hissəsidir”, - Maya Sandu yazıb.
Xatırladaq ki, aprelin 27-də Gürcüstanın Ombudsman Aparatının nəzdində yaradılmış həkimlər şurası Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı növbəti hesabat hazırlayıb. Həkimlərin qənaətinə görə, eks-prezidentdə protein çatışmazlığı var. Saakaşvili gündəlik kalorisinin yalnız 1/4-ni sərf edir, ona görə də onun orqanizminin funksiyaları “yavaşlayır”.