ABŞ-da Pensiya Fondu İlon Maskı məhkəməyə verib

8-05-2022, 00:03           
ABŞ-da Pensiya Fondu İlon Maskı məhkəməyə verib
Orlando Polisinin Pensiya Fondu amerikalı milyarder İlon Maska qarşı “Twitter”i 44 milyard dollara almaq niyyətinə görə məhkəməyə müraciət edib. “Report” xəbər verir ki, bu barədə CNN məlumat yayıb.

İddia Delaver ştatının məhkəməsinə verilib. Fond şirkətin səhmdarlarından biridir. O, təkid edir ki, ştat qanunlarına görə, səhmlərin üçdə ikisinin sahiblərinin razılığı olmadan Mask 2025-ci ilə qədər “Twitter”im alınması ilə bağlı müqaviləni tamamlaya bilməz.

Məhkəmə sənədlərinə görə, Mask Twitter-in səhmlərinin 9%-dən çoxunu əldə etdikdən sonra “maraqlı səhmdar” statusu alıb və bu, sövdələşmənin təxirə salınmasını zəruri edir. “Twitter” məlumata münasibət bildirməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru