Kanadanın Baş naziri Ukraynaya səfər edib

8-05-2022, 21:10           
Kanadanın Baş naziri Ukraynaya səfər edib
Kanadanın Baş naziri Castin Trüdo Ukraynaya səfər edib. Bu barədə "Report" Ukrayna mətbuatına istinadən xəbər verir.

Qeyd edilir ki, Kanadanın Baş naziri Rusiya hərbçilərinin törətdiyi qəddarlıqları şəxsən görmək üçün İrpen şəhərində olub.

"O, Rusiya işğalçılarının şəhərimizə törətdiyi bütün dəhşətləri öz gözləri ilə görmək üçün İrpenə gəldi. Və əlbəttə ki, şoka düşdü. Axı o, hərbi obyektlərin yandırıldığını və tamamilə dağıldığını yox, bu yaxınlara qədər həyatdan zövq alan, gələcək üçün planlar quran İrpen sakinlərinin evlərini görüb", - İrpen şəhərinin meri Aleksandr Markuşin teleqram hesabında yazıb.

Məlumata görə, səfərdə Castin Trüdonu Kanada Baş nazirinin müavini Kristia Friland da müşayiət edib.

O, Kanadanın baş nazirinin ölkədəki Ukrayna diasporunun fəaliyyətinə də yardımçı olacağına ümid etdiyini qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru