Ukrayna ordusu daha bir istiqamətdə əks-hücuma başladı
9-05-2022, 00:06
Ukrayna silahlı qüvvələri Zaporojye vilayətində uğurla əks-hücuma keçib. Bu barədə Zaporojye Regional Dövlət Administrasiyasının mətbuat xidməti məlumat yayıb. Bundan əlavə, Ukrayna qoşunlarının Xarkov istiqamətində əks-hücum əməliyyatını davam etdirdiyi və yaxın bir neçə həftə ərzində Rusiya sərhədinə çata biləcəyi bildirilib. Mənbə: unian.net