Krım körpüsünün taleyi artıq həll olunub - MƏHV EDİLƏCƏK - Ukrayna DİN

9-05-2022, 00:17           
Krım körpüsünün taleyi artıq həll olunub -
Krım körpüsü mütləq dağıdılacaq.

Sfera.az xəbər verir ki, bu fikirləri Kanal 24-ə müsahibəsində Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri Viktor Andrusiv deyib.

Onun sözlərinə görə, Ukraynanın Kerç boğazından keçən Rusiya körpüsünə hələlik zərbə endirmək imkanı yoxdur.

"Hələlik bunun üçün belə silahlarımız yoxdur. Daha doğrusu, var, amma biz Azov dənizinin sahillərinə çox yaxınlaşmalıyıq”, – Daxili İşlər Nazirliyi rəhbərinin müşaviri deyib.

"Bir şeyi deyə bilərəm: Krım körpüsü mütləq dağılacaq. Yeganə sual bunun nə vaxt olacağıdır”, – Viktor Andrusov əlavə edib.
Aprelin sonunda Milli Təhlükəsizlik və Müdafiə Şurasının katibi Aleksey Danilov bildirib ki, körpünü dağıtmaq mümkün olan kimi, bunu edəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru