Almaniyada ərzaq çatışmazlığı proqnozlaşdırılır
9-05-2022, 09:10

Almaniyada ərzaq assosiasiyaları xammal qiymətlərinin artmasısəbəbindən tezliklə ərzaq qıtlığınıb baş verəcəyiniproqnozlaşdırıblar.
Trend xariciKİV-ə istinadla xəbər verir ki, xammalın bahalaşmasına və nəticədəməhsulların maya dəyərinin artmasına səbəb Ukraynada davam edənböhran vəziyyətidir. Almaniyanın qida təşkilatları bu məsələyəbaxılması üçün səlahiyyətlilərə müraciət edib.
Almaniya Federal Qida Sənayesi Assosiasiyasının prezidentiKristian fon Bettiçer bildirib ki, vəziyyət dəyişməzsə, gec-tez eləbir məqam gələcək ki, söhbət hətta məhsullar üçün inqrediyentlərinqiymətindən deyil, istehsalçıların onları ümumiyyətlə əldəedib-etməməsi ilə bağlı olacaq. Bununla əlaqədar olaraq o,Almaniyanın Kənd Təsərrüfatı naziri Cem Özdemiri aktiv böhranidarəçiliyinə keçməyə çağırıb.
Bildirilir ki, çörək məmulatlarının istehsalına çəkilən xərclərartıq 25-30% artmağı, hətta enerji, xammal və kadr xərclərindəartımən baş verməsi azmış kimi, tezliklə ölkədə süd və çörəkməhsullarının qiymətləri xeyli arta bilər.