İKT baş katibi: “İslam ölkələrinin birliyə ehtiyacı var”

9-05-2022, 09:28           
İKT baş katibi:
“İslam ölkələrinin birliyə ehtiyacı var”.

“Report” xəbər verir ki, bunu İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Hiseyn Brahim Taha BƏƏ-nin paytaxtı Əbu-Dabidə Dünya Müsəlman İcmaları Şurasının təşkilatçılığı ilə keçirilən iki günlük konfransda deyib.

Taha qeyd edib ki, İslam dünyası bir çox problemlərlə, o cümlədən dünyada bu dinin pis imicinin aradan qaldırılması ilə üzləşib.

"Bu vəziyyət İslam birliyi anlayışını və dininin həqiqi simasını islah etmək üçün müsəlmanların, İslam ölkələrinin, cəmiyyətlərin və qurumların birliyini tələb edir", - İKT rəhbəri deyib.

O, vurğulayıb ki, dünyada müharibələr, etnik və məzhəb qarşıdurmaları artıb: "Bir çox İslam ölkəsində qeyri-sabitliyə səbəb olan müharibə və qarşıdurmalardan müsəlman dünyası da zərər çəkib".












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru