ABŞ Konqresinin Nümayəndələr Palatası mayın 10-da Ukraynaya 39,8 milyard dollarlıq əlavə yardımın lehinə səs verə bilər.
Yenisabah.az “The Guardian”a istinadla xəbər verir ki, demokrat millət vəkilləri artıq Co Baydenin bu məqsədlə tələb etdiyi 33 milyard dollardan artıq olan təkliflə razılaşıblar.
Yeni təklifə əlavə olaraq 3,4 milyard dollarlıq hərbi və 3,4 milyard dollarlıq humanitar yardım daxildir.
Senat liderləri qanun layihəsinin ən qısa zamanda imzalanması üçün hərəkətə keçməyə hazır olduqlarını bildiriblər.