83 yaşlı qadın dünyanın ən çətin yarışında iştirakı ilə hər kəsi heyrətləndirdi – FOTO/VİDEO

11-05-2022, 09:33           
83 yaşlı qadın dünyanın ən çətin yarışında iştirakı ilə hər kəsi heyrətləndirdi – FOTO/VİDEO
ABŞ-ın Missuri ştatından olan 83 yaşlı Mildred Uilson dünyanın ən çətin yarışlarından biri olan “Tough Mudder”də iştirak edib. Qaydalara əsasən, iştirakçı səkkiz və ya 16 km məsafədə hərbi tipli maneəli yolu keçməlidir. Uilson yaşına baxmayaraq palçıq və gölməçələrdən keçərək, qeyri-sabit fırlanan platformaları aşıb, nəhəng çuxurlardan keçib, hündür və tamamilə hamar divarlar kimi ağır sınaqları dəf edib.

Özü də o, artıq üçüncü dəfədir ki, bu yarışa qatılıb.


Amerikalı qadının ilk yarışı 2019-cu ildə baş tutub. Həmin vaxt tədbirə hazırlıq bir neçə ay çəkmişdi. O, ilk növbədə həkim müayinəsindən keçmiş, səhhətində ciddi problemin olmadığı ortaya çıxandan sonra isə həyat yoldaşı Farrelin və oğlu Denninin dəstəyi ilə yarışda iştirak etmişdi.

İkinci yarış 2021-ci ildə baş tutub. Ancaq həmin vaxt Mildredin ən böyük dəstəkçisi olan həyat yoldaşı koronovirusun yaratdığı fəsaddan dünyasını dəyişib. Yaşlı qadın da iştirakını ona həsr edib.

Bu il isə Mildred oğlu Denninin Afrikada şirin su quyularının tikilməsi təşəbbüsünə dəstək üçün yarışlara qatılıb.
















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru