Bu ölkələr NATO-nu parçalaya bilər - Şxaqoşev

14-05-2022, 11:47           
Bu ölkələr NATO-nu parçalaya bilər - Şxaqoşev
İsveç və Finlandiya alyansa qoşulsa, NATO-nu parçalaya bilərlər.

Axar.az xəbər verir ki, bunu Rusiya Dövlət Dumasının Təhlükəsizlik və Korrupsiya ilə Mübarizə Komitəsinin üzvü Adalbi Şxaqoşev bildirib.

“NATO-da güc balansı yeni üzvlərin daxil olması üçün o qədər əlverişsizdir ki, o, sadəcə olaraq alyansı parçalaya bilər. Xüsusən də ən yaşlı üzvü olan Türkiyənin narazılığı fonunda - qalanını demirəm. Finlandiya və İsveç NATO-ya üzv olsalar belə, bu, onun digər üzvlərinin ixtilafını və narazılığını daha da artıracaq”, - A.Şxaqoşev qeyd edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru