Dollar və avrodan başqa bütün valyutanın satışına icazə verilib

20-05-2022, 08:39           
Dollar və avrodan başqa bütün valyutanın satışına icazə verilib
Rusiya Mərkəzi Bankı ölkədə xarici valyutanın nağd satışına icazə verib.

Teref.az APA-ya istinadən xəbər verir ki, bu barədə Rusiya Mərkəzi Bankı məlumat yayıb.

Bildirilir ki, mayın 20-dən fiziki şəxslərə banklarda avro və dollar istisna olmaqla bütün xarici valyutanı məhdudiyyətsiz sata bilər.

Prosedur sentyabrın 9-dək davam edəcək.

Maliyyə qurumu ABŞ dolları və avrodan başqa valyutanın məhdudiyyətsiz satışına icazənin verilməsini, banklarda xarici əskinasların qalıqlarının olması ilə izah edib.

Əvvəllər bu məhdudiyyətlər bütün nağd valyuta növlərinə şamil edilirdi, Mərkəzi Bank bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru