Belarus Rusiyadan “İskəndər” və S-400 raketləri aldı

20-05-2022, 08:43           
Belarus Rusiyadan “İskəndər” və S-400 raketləri aldı
Belarus Rusiyadan “İskəndər” taktiki raket kompleksləri və S-400 zenit-raket kompleksləri alıb.

Modern.az xəbər verir ki, bu barədə Belarus prezidenti Aleksandr Lukaşenko məlumat verib.

O, alınan silahların sayını açıqlamayıb, lakin qeyd edib ki, “ziyan” vurmaq üçün lazım olan qədər silah var. Lukaşenko söhbətin hansı ölkəyə ziyan vurmaqdan getdiyini izah etməyib.

Xatırladaq ki, fevral ayında Lukaşenko Belarus ərazisində Rusiyanın "İskəndər" və S-400-lərini yerləşdirmək istədiyini bildirib. Daha sonra o, Rusiyanın raket istehsalı sahəsində ölkəyə kömək edəcəyini bəyan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru