Kanada "Huawei" və "ZTE" məhsullarının istifadəsini qadağan edib

20-05-2022, 10:29           
Kanada "Huawei" və "ZTE" məhsullarının istifadəsini qadağan edib
Kanada Çin telekommunikasiya şirkətləri "Huawei" və "ZTE"-nin məhsul və xidmətlərinin ölkədə istifadəsini qadağan edib.

Trend xarici KİV-ə istinadla xəbər verir ki, bu barədə ölkənin İnnovasiya, Elm və Sənaye naziri Fransua-Filip Şampan bildirib.

"Kanada Hökuməti telekommunikasiya infrastrukturumuzun uzunmüddətli təhlükəsizliyini təmin edir. Bu planın bir hissəsi olaraq hökumət Huawei və ZTE məhsul və xidmətlərinin ölkənin telekommunikasiya sistemlərinə daxil edilməsini qadağan edir", - nazirin bəyanatdına vurğulanır.

Qeyd olunur ki, Kanada hakimiyyətinin ölkədə Çin məhsullarının istifadəsini qadağan etmək qərarı müstəqil təhlükəsizlik agentlikləri tərəfindən hərtərəfli araşdırmadan və Kanadanın ən yaxın müttəfiqləri ilə məsləhətləşmələrdən sonra qəbul edilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru