Rusiya Finlandiya və İsveçə hücum etsə NATO müdaxilə etməyəcək - GÖZLƏNİLMƏZ AÇIQLAMA

20-05-2022, 13:07           
Rusiya Finlandiya və İsveçə hücum etsə NATO müdaxilə etməyəcək -
“İsveç və Finlandiya hələlik NATO-nun üzvü olmadığı üçün mümkün hücum zamanı NATO müdaxilə etməyəcək”.

Hokm.az xəbər verir ki, NATO-nun Hərbi Komitəsinin rəhbəri Rob Bauer belə açıqlama verib. O bildirib ki, Finlandiya və İsveç üçün təhlükəsizlik zəmanət “Bir müttəfiqə qarşı hücumün bütün ittifaqa qarşı edildiyini” əks etdirən 5-ci maddə formasında olmayacaq. Komitə rəhbərinin sözlərinə görə, bununla belə bu mərhələdə Finlandiya və İsveçə təhlükəsizlik zəmanəti verən ölkələr var.

Qeyd edək ki, Böyük Britaniya və ABŞ-ın Finlandiya və İsveçə NATO-ya üzv olana qədər təhlükəsizlik zəmanəti verdiyi bildirilir.metbuat.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru