Baydenin 2 mühafizəçisi Seuldan qovuldu

21-05-2022, 00:05           
Baydenin 2 mühafizəçisi Seuldan qovuldu
ABŞ prezidenti Co Baydenin Seuldakı iki mühafizəçisi Koreya Respublikasının paytaxtında baş vermiş insidentdən sonra ABŞ-a qovulub.
Yeniavaz.com xəbər verir ki, bu barədə TASS-ın müxbirinə ABŞ Məxfi Xidmətinin rəsmi nümayəndəsi Entoni Quqlielmi bildirib.
"Məxfi Xidmət iki əməkdaşla bağlı insidentdən xəbərdardır. Bu şəxslər dərhal daimi növbətçilik yerlərinə qaytarılaraq, inzibati məzuniyyətə buraxılacaqlar. Baydenin Cənubi Koreyaya, sonra isə Yaponiyaya səfərinə insidentin heç bir təsiri olmayıb", - deyə o bildirib.
Qeyd edək ki, Məxfi Xidmət zabitlərindən biri taksi xidmətlərindən yararlanmaq istəyib. Ancaq, mübahisə düşüb və sərxoş halda yerli sakinə qarşı fiziki zorakılıq tətbiq edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru