Luvr muzeyinin direktoru həbs oluna bilər

27-05-2022, 10:48           
Luvr muzeyinin direktoru həbs oluna bilər
Fransanın dünyaca məşhur Luvr Muzeyinin keçmiş direktoru Jan-Lyuk Martinez "çirkli pulların yuyulması" və "mütəşəkkil fırıldaqçılığa şəriklik"də ittiham olunur. Yaxın Şərqdə tarixi əsərlərin qaçaqmalçılığı ilə məşğul olması ittihamı ilə saxlanılan Martinez prokurorluqda ifadə verib.

Teref.az xəbər verir ki, Fransada qalmaqallı xəbərləri üzə çıxarmaqla məşhur olan "le Canard enchaîné" qəzeti Martinezin Luvrun Əbu-Dabidəki filialı adından satın alınan əsərlərdə iddia edilən saxtakarlığa göz yummaqda günahlandırıldığını yazıb.

Müvafiq olaraq, Martinez milyonlarla avroya alınmış Misirin antik dövrünə aid beş əsər üçün saxta sənədlərin hazırlanmasına göz yummaqda ittiham olunur.

Qeyd edək ki, tarixi əsərlərin qaçaqmalçılığı ilə bağlı istintaqda adı çəkilən ölkələrin Misir, Liviya, Yəmən və Suriya olduğu bildirilir (azinform.az).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru