"ABŞ Kiyevə Rusiyanın dərinliklərini vurmamağı məsləhət bilib" - Reuters

27-05-2022, 11:30           
"ABŞ Kiyevə Rusiyanın dərinliklərini vurmamağı məsləhət bilib" - Reuters
Vaşinqton Kiyevlə Rusiyanın dərinliklərindəki ərazilərə vurula biləcək zərbələr nəticəsində yaranacaq eskalasiyanın təhlükəsinə dair danışıqlar aparıb. Bu barədə "Reuters" agentliyinə ABŞ hərbçiləri və diplomatları məlumat verib. Qeyd edilir ki , pərdəarxası müzakirələr son dərəcə həssa şəkildə aparılır və buna görə də o "reklam" olunmur. Eyni zamanda, ABŞ Ukrayna Silahlı Qüvvələrinin öz silahlarından istifadəsinə aydın coğrafi məhdudiyyətlər qoymur...

Bundan başqa, Vaşinqton “eskalasiya təhlükəsi haqqında ümumi anlayışa” da nail olmağa çalışır.

- Bizim eskalasiya ilə bağlı narahatlığımız var. Lakin biz hələ də coğrafi məhdudiyyətlər qoymaq və ya çox əl-qolunuzu bağlamaq (ukraynalıların - red.) istəmirik, - ABŞ ordusunun rəsmisi anonimliyin saxlanması şərtilə açıqlama verib.

Nəşrə danışan digər mənbə isə qeyd edir ki, Vaşinqton və Kiyev Qərbin təqdim etdiyi etibarlı silah tətbiqi üsullarından istifadə ilə bağlı ortaq “anlayışa”ya malikdirlər.

- İndiyə qədər biz bu hədləri başa düşməkdə eyni xətdə olmuşuq- mənbə deyib.

ABŞ kəşfiyyatı həmçinin Rusiya prezidenti Vladimir Putinin açıq-aşkar ambisiyaları ilə onun ordusunun effektivliyi arasındakı uyğunsuzluğu nəzərə alaraq artan risklər barədə xəbərdarlıq edib. Milli Kəşfiyyatın direktoru Avril Haynes bu ay Senatda keçirilən dinləmələrdə bildirib ki, qarşıdan gələn aylar müharibəni "daha gözlənilməz və potensial eskalasiya trayektoriyasına" apara bilər.

ABŞ-ın NATO-dakı keçmiş səfiri və ordunun istefada olan general-leytenantı Duqlas Lyut da qeyd edib ki, Ukraynanın kifayət qədər "rus hədəfləri" var ki, buna görə də narahat olmağa dəyər.

O Kiyevin Rusiyaya dərin zərbələr endirəcəyi təqdirdə NATO daxilində gərginlik və siyasi parçalanma riskinin olacağını da etiraf edib.

- Bu, alyans daxilində parçalanmaya gətirib çıxaracaq. Və təbii ki, NATO bunu istəmir. Elə Ukrayna da bunu istəmir, - Lyuit "Reuters"ə deyib.

Tural Tağıyev
Azvision.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.