Gürcüstanda kənd müəllimi Ukraynaya kömək üçün fantastik məbləğ topladı

11-06-2022, 11:06           
Gürcüstanda kənd müəllimi Ukraynaya kömək üçün fantastik məbləğ topladı
Gürcüstanda kənd müəllimi Ukraynaya yardım üçün külli miqdarda pul toplayıb.

2019-cu ildə nüfuzlu “Qlobal Müəllim Mükafatı”nın (Global Teacher Prize) finalçısı olmuş Çibatinin Quryan kəndindən olan Lado Apxazava mərhum anasının xatirə üzüyünü və mükafat aldığı sikkəni satıb.

O, əldə olunan 2,5 min lari vəsaiti Ukraynadakı məktəblilərə və müəllimlərə kömək etmək üçün köçürüb.

Müəllimin təşəbbüsü qlobal kampaniyaya çevrilib. Onun sosial mesajı dünyanın 39 ölkəsində paylaşılıb və həmkarları ondan nümunə götürmək qərarına gəliblər. Ukraynaya kömək üçün yığılan vəsait 700 min dollara çatıb.

Üzüyün və sikkənin onların yeni sahibi, tanınmış gürcü hüquqşünası Zviad Kordzadze sahibinə geri qaytarıb. Vəsaitlər ukraynalı qaçqınları təmin edən Polşa təşkilatına köçürülüb.

Mənbə: Newsgeorgia












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru