Ukrayna hərbçiləri müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar

13-06-2022, 08:10           
Ukrayna hərbçiləri müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar
Baş komandanın sözlərinə görə, xüsusilə Severodonetsk şəhərində vəziyyət ağırdır

“Ukrayna hərbçiləri müəyyən istiqamətlərdə əks-hücum əməliyyatına başlayıblar”. AYNA xəbər verir ki, bunu Ukrayna Silahlı Qüvvələrinin baş komandanı Valeri Zalujnı amerikalı həmkarı Mark Milli ilə telefon danışığında bildirib.

Onun sözlərinə görə, şiddətli döyüşlərin getdiyi Severodonetskdə Rusiya hərbçilərinin hücumu dəf edilib, Ukrayna Silahlı Qüvvələri öz mövqelərini saxlamaqda davam edir: “Düşmən əsas səylərini Luqansk vilayətinin şimalında cəmləyib. O, kütləvi şəkildə artilleriyadan istifadə edir və təəssüf ki, onqat atəş üstünlüyünə malikdir. Amma hər şeyə rəğmən biz mövqelərimizi tutmağa davam edirik. Orada Ukrayna torpağının hər metri qanla sulanır, təkcə bizim deyil, işğalçının da”.

Baş komandan əlavə edib ki, xüsusilə Severodonetsk şəhərində vəziyyət ağırdır. Onun sözlərinə görə, Rusiya həmin əraziyə 7 tabor taktiki qrupu yerləşdirib, lakin güclü atəşə baxmayaraq, Ukrayna hərbçiləri işğalçıların qarşısını ala bilib.

O qeyd edib ki, Luqansk istiqamətində uğursuzluğa düçar olan Rusiya qoşunları Xarkov şəhərinin yaşayış məntəqələrini atəşə tutmağa başlayıb. Eyni zamanda işğalçılar Ukrayna müdafiə qüvvələrinin Çerniqov və Sumı vilayətlərindəki bölmələrini artilleriya və minaatanlardan atəşə tutmağa davam edir.

V.Zalujnının sözlərinə görə, hazırda cəbhə xəttinin uzunluğu 2 450 km-ə çatır, onlardan 1 105-də aktiv döyüş əməliyyatları gedir.

Müəllif: Ayna.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru