129 milyard sərvəti olan Bill Qeyts kriptovalyuta alıcılarını təhqir etdi: "Böyük axmaqlar..."

16-06-2022, 08:34           
129 milyard sərvəti olan Bill Qeyts kriptovalyuta alıcılarını təhqir etdi:
129 milyard dollar sərvətilə (“Forbes”-2022) dünyanın ən varlı şəxsləri arasında yer alan “Microsoft” şirkətinin qurucusu Bil Qeyts hesab edir ki, kriptovalyutaların qiyməti süni şəkildə şişirdilib.

Gundem.az “Forbes” nəşrinə istinadən bildirir ki, Qeyts kriptovalyutaların populyarlığını “böyük axmaq nəzəriyyəsi” adlandırıb.

Onun fikrincə, rəqəmsal valyutaların bahalaşması ona görə davam edir ki, onların başqa bir alıcıları - "böyük axmaq"lar var. Amerikalı milyarder deyib ki, o bu işdə iştirak etməyib və heç vaxt da iştirak etməyəcək. O, həmçinin əlavə edib ki, kriptovalyutalar nə uzun, nə də qısa dövr üçün saxlanılacq aktivlər deyil.

Məlumatda bildirilir ki, Qeyts ötən il kriptovalyutaların ətraf mühitə təsiri barədə İlon Maskla mübahisə də edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru