Fransada inflyasiya son 37 ilin rekordunu təzələyib 16-06-2022, 11:03 Fransada may ayında inflyasiya illik 5,2% təşkil edib ki, bu da 1985-ci ildən bəri ən yüksək göstəricidir.Bu barədə ölkənin Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutu (Insee) məlumat yayıb.Məlumata görə, ümumi inflyasiya səviyyəsinə enerji (27,8%), xidmətlər (3,2%), ərzaq (4,3%) və digər malların (3%) bahalaşması təsir edib.O da vurğulanıb ki, inflyasiya 1985-ci ilin sentyabrından bəri ilk dəfə olaraq 5%-lik həddi keçib. Facebook-da paylaş