Hindistanda müsəlmanların evini buldozerlə sökürlər - Kütləvi etiraz

16-06-2022, 09:35           
Hindistanda müsəlmanların evini buldozerlə sökürlər - Kütləvi etiraz
Hindistanın bir çox şəhərlərində müsəlmanlar evlərinin sökülməsinə etiraz olaraq etiraz aksiyaları keçiriblər.

Teleqraf.com xəbər verir ki, Uttar Pradeş ştatının şimalındakı səlahiyyətlilər bazar günü Cavid Əhmədin evini buldozerlə dağıdıblar. Sakinlər bunu Cavidin etiraz aksiyalarında xüsusi fəallığı ilə əlaqələndiriblər.

Etirazlara səbəb hind millətçi partiyasının iki nümayəndəsinin bu yaxınlarda İslama və Məhəmməd peyğəmbərə qarşı təhqiramiz ifadələri olub.

Partiya onlardan birinin fəaliyyətini dayandırıb.

Qeyd edək ki, keçən həftə buldozerlər ştatın digər iki şəhərində də etirazçıların əmlakını dağıdıb.

Hakim partiya rəsmilərinin bəyanatlarına etiraz edən iki nəfər ötən cümə günü Carkhand əyalətinin paytaxtı Rançidə polislə toqquşmada güllə yaralarından ölüb.

Əksəriyyəti müsəlman olan bir neçə ölkə də Hindistanın hakim partiyasının bəyanatını tənqid edib.

Banqladeşdə etirazçılar Hindistan mallarını boykot etməyə çağırıblar.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru