Almaniya, Fransa və İtaliya liderləri Ukraynaya gedib

16-06-2022, 09:47           
Almaniya, Fransa və İtaliya liderləri Ukraynaya gedib
Almaniyanın kansleri Olaf Şolts, Fransa Prezidenti Emmanuel Makron və İtaliyanın Baş naziri Mario Draqi Ukraynaya səfərə gəliblər.

Bu barədə İtaliyanın “RaiNews24” telekanalı məlumat yayıb.

“Avropa liderləri artıq Ukrayna ərazisindədirlər”, - səhər xəbər buraxılışının aparıcısı bildirib.

Qeyd edək ki, daha öncə “Bild am Sonntag” nəşri Ukrayna və Fransa hökumət dairələrindəki mənbələrə istinadən 3 Avropa liderinin Ukraynaya səfər edəcəyinə dair məlumat yaymışdı. Daha sonra jurnalistlər onların Ukraynanın paytaxtına iyunun 16-da səhər qatarla gəlməli olduqlarını öyrəniblər.

Təhlükəsizlik səbəbi ilə bu səfərlə bağlı rəsmi məlumat verilməyib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru