Rusiya, Türkiyə, İran prezidentləri yaxın vaxtlarda görüşə bilər

17-06-2022, 11:14           
Rusiya, Türkiyə, İran prezidentləri yaxın vaxtlarda görüşə bilər
Suriya üzrə Rusiya-Türkiyə-İran sammiti yayın sonuna qədər və ya ilin sonuna qədər baş tuta bilər.

Modern.az xəbər verir k, bu barədə Rusiya prezidentinin Suriya üzrə xüsusi nümayəndəsi Aleksandr Lavrentyev RİA Novosti-yə müsahibəsində bildirib.

"Əgər zirvə toplantısı avqustun sonuna qədər keçirilə bilərsə, bu yaxşı iş olacaq. Mən başa düşdüyüm kimi, onu daha gec tarixə - bu ilin sonuna qədər də təxirə salmaq variantı ola bilər”, - Lavrentyev bildirib.

Daha əvvəl İran xarici işlər nazirinin köməkçisi Əli Əsgər Hacı bildirib ki, İranda COVID-19 ilə bağlı epidemioloji vəziyyət yaxşılaşdığından bu ölkədə üç prezidentin təxirə salınmış təkbətək görüşü ən qısa zamanda keçirilə bilər.

Sonuncu dəfə liderlər 2020-ci ilin iyulunda birlikdə danışıblar, lakin görüş videokonfrans formatında olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru