Rusiya və Ukrayna növbəti dəfə girovları dəyişdi

19-06-2022, 08:49           
Rusiya və Ukrayna növbəti dəfə girovları dəyişdi
Ukrayna rus əsgərləri tərəfindən əsir götürülən 5 vətəndaşını azad edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukraynanın Baş Kəşfiyyat İdarəsi məlumat yayıb.

“Bu gün “5-ə 5” düsturuna əsasən, növbəti mübadilə həyata keçirilib. 5 Ukrayna vətəndaşı vətənə qayıdıb. Sərbəst buraxılanların hamısı mülki şəxslərdir”, - deyə məlumatda bildirilib.

Xatırladaq ki, daha öncə iyunun 10-da “5-ə 4” düsturuna əsasən, Rusiya ilə girov mübadiləsi aparılıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru