Almaniua Ukraynaya haubitsalar göndərir

19-06-2022, 08:59           
Almaniua Ukraynaya haubitsalar göndərir
Almaniya yaxın həftələrdə Ukraynaya yeni haubitsalar göndərəcək. Artilleriya ilə yanaşı, MLRS təchizatı da gözlənilir.

Publika.az xəbər verir ki, bunu Almaniyanın Ukraynadakı səfiri Anka Feldquzen "UA Together" telemarafonunda deyib.

"Silahlı Qüvvələr haubitsalardan əlavə, Britaniya və ABŞ-la birlikdə tədarük edilən HİMARS reaktiv sistemlərini alacaq. HİMARS hazırda Avropada yığılır və Ukrayna hərbçiləri onlarla işləməyi öyrənirlər", - səfir bildirib.

Onun sözlərinə görə, Almaniya kansleri Olaf Şolzun dediyi kimi, oktyabrda müasir anti-balistik hava hücumundan müdafiə sistemləri gözlənilir. Onlar hələ də hazırlanır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru